Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu milli komandanın heyətində Tarık Biberoviçin statusu ilə bağlı suallara aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, TBF rəhbəri mətbuat konfransında FIBA ilə aparılan danışıqların müsbət nəticə vermədiyini bildirib:

"Təəssüf ki, FIBA bu məsələdə əvvəlki yanaşmasını davam etdirəcəyini bildirdi. Tarık Biberoviç mövcud statusu ilə – yəni milliləşdirilmiş oyunçu kimi – çıxış etməyə davam edəcək. Bu məsələni ictimaiyyətə açıq şəkildə bildirmək istədim. FIBA-nın öz qaydalarına əsaslanan haqlı məqamları var. Biz də öz arqumentlərimizi təqdim etdik, lakin qurumun yekun qərarı belə oldu".

Qeyd edək ki, 2025-ci ildə "Fənərbaxça" ilə Avroliqa çempionluğunu qazanan və hələ "Dallas Maveriks"in heyətində debüt etməyən Biberoviç hazırda sağ dabanındakı zədə (bursit) səbəbindən meydana çıxa bilmir.

2027-ci il Dünya Kubokunun seçmə mərhələsində keçirdiyi 8 oyunun hamısında qalib gələrək Avropada yeganə məğlubiyyətsiz komanda olan Ergin Atamanın rəhbərlik etdiyi Türkiyə millisi növbəti matçlarını noyabrın 26-da İtaliya, 29-da isə İslandiya yığmasına qarşı keçirəcək. Biberoviç zədə səbəbindən bu görüşlərdə komandasına kömək edə bilməyəcək.