“Milan” qarşıdakı iki transfer pəncərəsində müdafiə xəttini gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, onlar bu məqsədlə “Liverpul”un kapitanı Vircil van Deykin vəziyyətini izləyir.
Məlumata görə, 35 yaşlı niderlandlı müdafiəçi karyerasını İtaliyada davam etdirməyə maraqlıdır. O, yanvar ayında müqaviləsinin son altı ayına daxil olacaq.
Qeyd edim ki, yayılan xəbərlərə görə, “Milan” Van Deyki 2027-ci ilin yayında azad agent kimi heyətinə qatmağı nəzərdən keçirir. Futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır.



