“Arsenal” “Leypsiq”in cinah hücumçusu Antonio Nusanı uzunmüddətli transfer hədəfi kimi müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Mikel Arteta sol cinahı gücləndirməyi planlaşdırır.

21 yaşlı norveçli futbolçunun London klubuna keçməyə müsbət yanaşdığı bildirilir. Lakin yanvar transfer pəncərəsində razılaşmanın əldə olunması üçün “Leypsiq”in 60 milyon funt sterlinqlik (təxminən 68 milyon avro) tələbini aşağı salması lazımdır.

Almaniya klubu futbolçunu mövsümün ortasında buraxmaq istəmir. Buna görə də transferin reallaşması çətin görünür.