“Bavariya” 37 yaşlı hücumçu Erik Maksim Çupo-Motinqin komandaya qayıtması ehtimalını daxili müzakirəyə çıxarıb.
Offsideplus.az xəbər verir ki, ilin sonunda azad agent statusu alacaq futbolçu mövsümün sonunadək 6 aylıq müqavilə imzalamağa hazırdır.
O, Harri Keynin ehtiyat oyunçusu rolunu qəbul etməyə də razıdır.
Transferlə bağlı hələlik yekun qərar verilməyib.


