İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Nikki Batt klub rəhbərliyini sərt tənqid edib.
Offsideplus.az xəbər verir ki, Batt "Liverpul"a 0:4 hesabı ilə məğlubiyyətdən sonra "Mançester Yunayted"in hazırkı vəziyyətini klubun tarixində ən pis dövr adlandırıb. O, rəhbərliyin düzgün transfer siyasəti aparmadığını bildirib: "Heç bir sübut yoxdur ki, rəhbərlik nə etdiyini bilir. Əksinə, bütün faktlar onların nə etdiklərindən xəbərsiz olduqlarını göstərir. Səviyyəsinə uyğun olmayan, ikinci dərəcəli futbolçular transfer edilir. Yeganə istisna Baleba ola bilər, o, ötən il yaxşı təsir bağışlamışdı və bir çox klub onu almaq istəyərdi. Amma qalan futbolçular "Mançester Yunayted" səviyyəsində deyil. Rashfordun isə bu siyahıda adının çəkilməsi düzgün deyil, çünki o, üç il əvvəl ayrılmaq istəyirdi, indi isə qayıdıb. Mən dünyada elə bir seleksiya şöbəsi tanımıram ki, komanda iki il ərzində demək olar hər oyunda üç-dörd qol buraxdığı halda, hücum və yarımmüdafiəni gücləndirməyə çalışsın. Müdafiəçilər tapmaq, müdafiədən başlamaq və etibarlı təməl qurmaq lazımdır".


