UFC 336 turniri üçün Toronto şəhərində keçiriləcək qarşılaşmaların siyahısı genişlənib. Təşkilat rəsmi olaraq dörd yeni döyüşü elan edib. Bunlar arasında olimpiya çempionu Gable Stevesonun növbəti çıxışı da var. Steveson peşəkar karyerasında ilk məğlubiyyətini yaşadıqdan sonra yanvarın 30-da Terrance Chatmana qarşı qəfəsə çıxacaq.

Offsideplus.az xəbər verir ki, turnirdə Kanadanı təmsil edən Mark-Andre Barriault, Tanner Boser və Julien Leblanc da döyüşəcək. Boser ötən ay Edmonton şəhərində keçirilən UFC tədbirində Jhonata Diniz üzərində qələbə qazanmışdı və indi Jose Montanha ilə qarşılaşacaq. Montanha son döyüşündə Louie Sutherlandı boğma fəndi ilə məğlub edib.

Mark-Andre Barriault isə Edmonton tədbirində Kyle Daukausu texniki nokautla məğlub edərək "Gecənin çıxışı" bonusu qazanmışdı. O, bu dəfə Tresean Gore ilə üz-üzə gələcək. Julien Leblanc isə orta çəkiyə yüksələrək Vlasto Cepo ilə qarşılaşacaq. Hər iki idmançı UFC-də ilk qələbəsini əldə etməyə çalışacaq.

UFC 336 turniri 30 yanvar 2027-ci il tarixində Toronto şəhərindəki ScotiaBank Arenada baş tutacaq. Artıq aşağıdakı döyüşlər təsdiqlənib:

Joshua Van (ç) – Manel Kape (UFC yüngül çəkidə çempionluq döyüşü)
Carlos Prates – Michael Morales (UFC yarımorta çəkidə müvəqqəti çempionluq döyüşü)
Lance Gibson Jr. – Michael Johnson
Serhiy Sidey – Louis Lee Scott
Cameron Nelson – Sean Clancy Jr.
Gable Steveson – Terrance Chatman
Mark-Andre Barriault – Tresean Gore
Tanner Boser – Jose Montanha
Julien Leblanc – Vlasto Cepo