İspaniya futbolunun iki nəhəngi – "Real Madrid" və "Barselona" həmyerliləri, motosiklet idmanı üzrə dünya çempionu Mark Markesi tarixi nailiyyəti münasibətilə təbrik ediblər.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi rəsmi sosial şəbəkə hesabında "Dukati" komandasının 33 yaşlı sürücüsünün uğurunu ölkə idmanı üçün qürur mənbəyi adlandırıb:

"Mark Markesi növbəti dəfə MotoGP üzrə dünya çempionu olması münasibətilə təbrik edirik. Bu, tarixi nailiyyət və İspaniya idmanı üçün fəxrdir. Təbriklər, çempion!".

"Barselona" isə Markesə 10 nömrəli adlı forma hədiyyə edib. Kataloniya klubunun paylaşımında deyilir: "İdeal onluq! Onuncu çempionluq titulu münasibətilə təbriklər, Mark! Əfsanələr sərhəd tanımır!".

Qeyd edək ki, Mark Markes 2026-cı il mövsümünün 21-ci mərhələsi – Portuqaliya Qran-prisinin yekunlarına əsasən vaxtından əvvəl çempionluğu təmin edib. Bununla o, MotoGP seriyasında 8-ci titulunu qazanaraq əfsanəvi italiyalı Valentino Rossini (7) geridə qoyub və mütləq rekordçu Cakomo Aqostiniyə çatıb.

Daha əvvəl 125cc və Moto2 siniflərində də hərəyə bir dəfə qalib olan ispan sürücünün karyerasındakı ümumi dünya çempionluqlarının sayı 10-a yüksəlib.