"McLaren"in britaniyalı pilotu Lando Norris Hungarorinqdə keçirilən Formula 1 üzrə Macarıstan Qran Prisinin qalibi olub. Bu, komandanın mövsümdə ilk, Norrisin isə karyerasında 12-ci qələbəsidir.
Offsideplus.az xəbər verir ki, bu nəticə ilə "McLaren" Macarıstandakı qələbələrinin sayını 14-ə çatdıraraq rekordunu yeniləyib.
Yarışı Maks Ferstappen ("Red Bull") ikinci, Kimi Antonelli ("Mercedes") isə üçüncü pillədə başa vurub.
Poldan start götürən Norris liderliyi əvvəlcə komanda yoldaşı Oskar Piastriyə uduzsa da, pit-stop strategiyası sayəsində yenidən önə keçərək qələbəni təmin edib. Piastri isə sürətlər qutusundakı nasazlıq səbəbindən yarışı başa vura bilməyib.
Luis Hamilton ("Ferrari") pit-leyndə sürət həddini aşdığı üçün 5 saniyə cəza alıb və yarışı 5-ci pillədə tamamlayıb.
Formula 1 rəhbərliyi, həmçinin açıqlayıb ki, ləğv edilən Bəhreyn Qran Prisinin əvəzinə 4 oktyabrda Malayziyanın "Sepanq" trekində yarış keçiriləcək.


