MotoGp-də yeni mövsüm start götürüb.
Offsideplus.az xəbər verir ki, ilk yarış həftəsi Tailandda keçirilir.
Bu gün həm kvalifikasiya, həm də sprint yarışı başa tutub.
Poulun sahibi Marko Betsekki olub.
Lakin o sprint zamanı ilk yerdə gedərkən qəza edərək yarışı erkən bitirməli olub.
Bundan sonra mübarizə iki ispaniyalı Pedro Akosta və Mark Markes arasında getməyə başlayıb.
M. Markes həmyerlisini keçsə də, bu keçid leqal sayılmayıb və yerini qaytarmalı olub.
Beləliklə, gənc P. Akosta karyerasının ilk sprint qələbəsini qazanıb. Markes ikinciliklə kifayətlənməli olub.
3-cü yeri isə digər bir ispan Raul Fernandes olub.
Türkiyəli bayker Toprak Razqatlıoğlu isə ilk sprintini 20-ci yerdə başa vurub.



