UFC-nin sabiq çempionu Alcameyn Sterlinq Dağıstanlı döyüşçülərə müraciət edərək onların ABŞ-da davranış qaydalarına müdaxilə etməməsini istəyib.
Offsideplus.az xəbər verir ki, Sterlinq bu barədə belə danışıb: "Sizin mədəniyyətinizdə kimsə ananızı təhqir edəndə qəzəblənirsiniz. Məsələn, İslam Maxaçev Dastin Puarye ilə döyüşəndə, Dastin ona 'səni nokaut edəcəyəm, əclaf' dedi və İslam buna görə çox əsəbiləşdi, çünki bizim mədəniyyətimizi tam anlamadı. Biz burada bir-birimizi sözlərlə təhqir edirik, bu, heç bir halda anaya aid deyil. Amma sən o qədər qəzəbləndin ki, bizim danışıq tərzimizi dəyişmək istəyirsən. Mən sənin ölkənə gedib, sizə necə yaşamağı və ya nəyə inanmağı demirəm. Heç vaxt başqa ölkəyə gedib insanlara onların həyat tərzinə görə hörmətsizlik etmərəm. Bizim ölkəyə gəlib bizi dəyişməyə çalışmayın. Bizim ölkəyə gəlib bizə nəyi düzgün, nəyi səhv etdiyimizi deməyin. Burada hər kəs azaddır və istədiyi kimi yaşamaq hüququ var. Amerika məhz buna görə ən yaxşı ölkədir: burada hər kəs qəbul olunur və azad iradəyə malikdir".
Sterlinq həmçinin İslam Maxaçevə səslənərək bildirib: "Sən demək istəyirsən ki, sənin ölkəndə mədəni normalar bir nəfərə qarşı dəstə ilə hücum etməyə icazə verir".


