Çində "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronalduya həsr olunmuş muzeyin filialı fəaliyyətə başlayıb.

Offsideplus.az xəbər verir ki, Şanxay şəhərinin məşhur ticarət mərkəzində yerləşən muzeydə Ronalduya aid 3 min kvadratmetrlik ekspozisiya yaradılıb. Muzeyin girişində 41 yaşlı portuqaliyalının 7 metr hündürlüyündə heykəli qoyulub. Muzeyin yaradıcılarının sözlərinə görə, bu, dünyada tam ölçüdə olan ən böyük futbolçu heykəlidir.

Ekspozisiyada Ronaldunun uşaq yaşlarından Maderada başlayan futbol yolundan tutmuş, "Sportinq"dəki ilk illərinə, "Əl-Nəsr"dəki paltardəyişmə otağı və tunelinə qədər həyatının müxtəlif mərhələləri əks olunub. Muzeyə futbolçunun doğma şəhəri Funşaldan 50-dən çox eksponat gətirilib. Burada 2008-ci ilin "Qızıl top"u, Avropa çempionluq kuboku, Ronaldunun meydana çıxdığı ayaqqabılar və "Real Madrid"də vurduğu 350-ci qola həsr olunmuş, Zinəddin Zidan və komanda yoldaşları tərəfindən imzalanan forma nümayiş etdirilir.

Bundan əlavə, Ronaldunun Şanxay ekspozisiyası üçün şəxsən imzaladığı forma da kolleksiyada yer alıb.