Braziliyalı hücumçu Vinisius Junior son aylarda fiziki hazırlığı üzərində xüsusi proqramla çalışıb.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in oyunçusu La Liqada dörd oyunluq cəzalı olduğu müddətdə fərdi məşqlər, xüsusi pəhriz və bərpaedici prosedurlarla məşğul olub. Klubdakı mənbələr və futbolçunun yaxınları bildiriblər ki, şəxsi həyatda yaşadığı çətinliklərə baxmayaraq, Vinisius yenidən əsas diqqətini futbola yönəldib və hazırda 2024-cü ildə FIFA The Best mükafatını alanda olduğundan daha arıq və formada görünür.

Mənbələr qeyd ediblər ki, Vinisiusun fiziki hazırlığı artıq tam qaydasındadır və ona yalnız qol vurmaq lazımdır ki, özünə inamı bərpa etsin. Milli komandada isə Vinisius iki yoldaşlıq oyununda beş qol vurub və Braziliya yığmasında özünü lider kimi hiss edir. Cari mövsümdə "Real Madrid"in heyətində 13 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Klubun məşqçilər korpusu onun əvvəlki səviyyəsinə qayıtmasını şəxsi missiya hesab edir və psixoloji amillərin böyük rol oynadığını vurğulayır.