Noyabrın 25-də “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, qarşılaşma öncəsi keçirilən mətbuat konfransında “Barselona”nın baş məşqçisi Hansi Flik jurnalistlərin suallarını cavablandırıb.

Almaniyalı mütəxəssis “Sabah” haqqında danışarkən bildirib:

“Sabah” futbol oynamağı sevən komandadır. Bura Çempionlar Liqasıdır. Bütün komandalara hörmət edirik”.

Lamin Yamalın yoxluğu barədə danışan Flik deyib:

“Əvvəl də Yamalsız oynamışıq. Qərar verdik ki, onun İspaniyada qalması daha yaxşıdır. Onun mövqeyində kimin oynayacağına hələ qərar verməmişəm”.

Frenki De Yonq haqqında isə baş məşqçi bunları söyləyib:

“O mənə dedi ki, harada istəsəniz, oynayaram. Komandaya kömək etmək istəyirəm. O, bizim ən yaxşı yarımmüdafiəçilərimizdəndir”.

Motivasiya ilə bağlı suala Flik belə cavab verib:

“Biz “Barselona”yıq. Üç xal qazanmalıyıq. Onlar Çempionlar Liqasında ilk dəfə oynayırlar. Onlara uğurlar arzu edirəm”.

“Vilyareal”la oyunda Lamin Yamalın penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsi barədə danışan Flik bildirib:

“Bu barədə danışmamışam, imkan olmayıb. Amma danışacağam, dərs götürməliyik. Belə hallar olur”.

“Sabah”ın oyun üslubunu yüksək qiymətləndirən mütəxəssis əlavə edib:

“Sabah” çox yaxşı komandadır. Sanki La Liqa komandasıdır. Belə fəlsəfələri var. Necə oynadıqlarını bilirlər”.