Stiv Kerr "Qolden Steyt Uorriors"la yeni iki illik müqavilə imzaladıqdan sonra NBA-nın ən yüksək maaş alan baş məşqçisi olaraq qalır. Onun illik qazancı 17,5 milyon dollar təşkil edir ki, bu da əvvəlki müqaviləsindəki məbləğə yaxındır.
Offsideplus.az xəbər verir ki, NBA-da illik gəliri 10 milyon dollardan az olmayan baş məşqçilərin sayı son bir ildə səkkizdən ona yüksəlib. Ən yüksək maaş alan məşqçilər sırasında Stiv Kerrdən sonra "Mayami Hit"in baş məşqçisi Erik Spoelstra və "LA Klippers"in çalışdırıcısı Tayron Ly (hər biri 15 milyon dollar) qərarlaşıb. "İndiana Peysers"in baş məşqçisi Rik Karlayl, "Boston Seltiks"in çalışdırıcısı Co Mazzulla və "Hyuston Rokets"in baş məşqçisi İme Udoka hər biri 11 milyon dollar qazanır. "Nyu-York Niks"in baş məşqçisi Mayk Braun, "Miluoki Baks"ın çalışdırıcısı Teylor Cenkins, "Dallas Maveriks"in baş məşqçisi Dasti Mey və "Atlanta Hoks"un çalışdırıcısı Kuin Snayder isə hər biri 10 milyon dollar maaş alır.


