EuroLeague-in 14-cü turunda "Panatinaikos"un baş məşqçisi Jelko Obradoviç qarşıdakı "Valensiya" ilə oyun öncəsi komandasının uğurlu çıxışı üçün əsas şərtləri açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Obradoviç rəqibin sürətli hücumlarını və tempə nəzarəti xüsusi vurğulayıb: "Bu, çox sürətli komandadır və əsasən sürətli hücumlarda çoxlu xal toplayır. Bizim üçün hücumda ağıllı oynamaq, rəqibə açıq meydançada imkan verməmək vacibdir. Bundan əlavə, onların hücum ribaundlarında fəallığını nəzərə alaraq, ən azı topa sahibolmada geri qalmamalıyıq. Yalnız bu halda yaxşı oyun göstərə bilərik. Ti Cey Şorts şübhəsiz ki, komandaya enerji verən və oyunu yaxşı anlayan vacib oyunçudur. Amma məsələ təkcə onda deyil. Onlar bütöv bir komanda kimi çıxış edirlər". Məşqçi komandasının heyətində zədələr və sıx oyun qrafiki səbəbindən hazırlığın çətinləşdiyini də etiraf edib, lakin əksər basketbolçuların oyuna hazır olduğuna inandığını bildirib.