Klivlendin baş məşqçisi Kenni Etkinson komandanın Donovan Mitçellin hücum potensialından maksimum yararlanmaq üçün onun ətrafında ən uyğun oyunçu kombinasiyalarını tapmalı olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Etkinson Mitçellin oyun oxuma bacarığını yüksək qiymətləndirib: "Donovan həmişə çıxış yolu tapır – düşünürəm ki, bu, onun əsas üstünlüyüdür. Hələ heç vaxt oyunun bütün incəliklərini bu qədər yaxşı anlayan lider görməmişəm. Dəfələrlə qeyd etmişəm, biz ona düzgün oyunçu seçimi ilə kömək etməliyik. Dinləyin, bizə Donovanın xal toplaması lazımdır. Bildiyimə görə, hazırda onun karyerasında ən effektiv şüt atma mövsümüdür. O, çox məhsuldardır və bu, bizim üçün vacibdir. Biz ona xal toplamaq imkanı yaratmalıyıq. Amma meydançada onun üçün ən uyğun mühiti formalaşdırmalıyıq. Düşünürəm, bu işi daha yaxşı görə bilərik. Çoxlu gənc oyunçudan istifadə edirik. Bəlkə də, eyni anda meydançada həddindən artıq gənc basketbolçu oynadırıq?" – deyə Etkinson fikirlərini bölüşüb.