Dortmund "Borussiya"sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasında "Arsenal"la 1:1 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kovaç qarşılaşmanın çətin keçdiyini bildirib: "Bilirik ki, "Arsenal" yüksək səviyyəli komandadır və çox işləməli olacağıq. Əvvəlcə çətin idi, lakin oyuna qayıda bildik. İkinci hissənin əvvəlində topa daha yaxşı nəzarət etdik. Cavab qolundan sonra bir qədər tempimizi itirdik, çox passiv oynadıq və "Arsenal" ritm tutdu".

"Borussiya"nın ilk səkkizliyə düşmək şansları barədə danışan Kovaç qeyd edib: "Bu, asan deyil, çünki səkkizliyə bir çox güclü komanda iddia edir. Əgər 14-cü və ya 16-cı yerdə başa vursaq, bu, bizim üçün əla nəticə olar. Səkkizliyə düşsək, daha da yaxşı olar".

Beş oyundan sonra "Borussiya" ümumi mərhələdə 7-ci pillədə qərarlaşıb.