Almaniyalı mütəxəssis Hans-Diter Flik "Barselona"nın Çempionlar Liqasındakı qarşılaşmalara xüsusi motivasiya ilə çıxmasına ehtiyac olmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Flik Bakıda keçiriləcək "Sabah"la oyundan öncə fikirlərini bölüşüb: "Futbolçuların əlavə motivasiyaya ehtiyacı olduğunu düşünmürəm. Bu, Çempionlar Liqasıdır və onlara bu turnirdə oynamaq xoşdur. "Sabah" turnirin debütantıdır, onlar çox motivasiyalı olacaqlar. Biz də istəyirik ki, sabah oyunçularımız eyni əzmkarlıq göstərsinlər".