Kriştiano Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı keçirilən oyunda vurduğu qolu hakimlərin ofsayd səbəbindən ləğv etməsinə emosional reaksiya verib.

Offsideplus.az xəbər verir ki, "Əl-Nəsr"in hücumçusunun qolu komanda yoldaşı Ancelo Qabrielin ofsaydda olması səbəbilə qeydə alınmayıb. 41 yaşlı portuqaliyalı futbolçu qərardan narazı qalıb və laynsmanın işini təqlid edərək, gözlərini əli ilə bağlayıb və təsəvvüri bayraq yellədib.