UEFA Çempionlar Liqasının Liqa mərhələsində V turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan çempionu "Sabah" doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edəcək.

Valdas Dambrauskasın yetirmələri ilə turnirin beşqat qalibi arasında Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.

Hazırda turnir cədvəlində "Barselona" 9 xalla 8-ci, "Sabah" isə 3 xalla 30-cu pillədə qərarlaşıb.

UEFA Çempionlar LiqasıLiqa mərhələsi, V tur

25 noyabr (çərşənbə)

21:45. "Sabah" (Azərbaycan) – "Barselona" (İspaniya)

Baş hakim: Nikolas Uolş (Şotlandiya)

Bakı Olimpiya Stadionu