"Mançester Siti"nin fransalı yarımmüdafiəçisi Rayan Şerki UEFA Çempionlar Liqasında "Napoli" ilə 2:2 hesablı heç-heçədən sonra emosiyalarını gizlədə bilməyib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan dərhal sonra kameraya yaxınlaşaraq narazılığını bildirən futbolçu, fərqlənməsinə baxmayaraq xal itkisindən məyus olduğunu vurğulayıb:

"Bu gün qol vurmağım mənim üçün önəmli deyil. Mən yalnız qalib gəlmək istəyirəm – əsas məqsədim budur. Yaxşı oynadıq, amma düşünürəm ki, matça kifayət qədər enerji sərf etmədik. Daha çox çalışmalı və belə görüşləri qazanmalıyıq".