“Komonun” baş məşqçisi Sesk Fabreqas “Barselona”nın oyunlarını daim izlədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə danışarkən maraqlı məqamı açıqlayıb:
“Barselonanın bir matçını belə buraxmıram. Ötən gün AEK-ə qarşı oyuna hazırlaşırdıq və telefonumda onların qarşılaşmasını izləyirdim.
Köməkçilərim mənə "Diqqətini cəmlə, bu oyun vacibdir" - deməli oldular. Amma mən futbolu həqiqətən çox sevirəm. "Barselona" da PSJ və ya "Bavariya" kimi inanılmaz səviyyədə futbol oynayır.
Bu dörd-beş komanda möhtəşəm futbol nümayiş etdirir və onları izləməkdən böyük zövq alıram”.


