Fransanın "Villerban" klubunun baş məşqçisi Toni Parker ardıcıl altıncı məğlubiyyətdən sonra heyətdə dəyişikliklərin ola biləcəyini istisna etməyib. Komanda bu dəfə EuroLeague-in 14-cü turunda "Milan"a uduzub və turnirdə artıq beşinci dəfə ardıcıl məğlubiyyət alıb. Hazırda "Villerban"ın aktivində 4 qələbə və 10 məğlubiyyət var.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın gedişində Parkerin komandası 26 xal geridə olsa da, sonuncu hissədə fərqi azaldaraq geri dönüşə yaxın olub. Baş məşqçi start beşliyini müdafiədə zəif oyununa görə tənqid edib, əvəzində ehtiyat oyunçularını mübarizəyə ruh verdiklərinə görə tərifləyib. "Müdafiə etmək istəyən beş oyunçu tapmalı olacağam. Deyəsən, onları dördüncü hissədə tapdım. Xarakter göstərdik, amma çox gec oyana bildik. Son beş oyunçunu təbrik edirəm", – deyə Parker bildirib. O, qarşıdakı milli oyunlar fasiləsindən istifadə edərək vəziyyəti dəyərləndirəcəyini və lazım olan dəyişiklikləri edəcəyini vurğulayıb.