Premyer Liqanın 9-cu turunda "Çelsi" və "Mançester Yunayted" arasında keçirilən qarşılaşmada Lissandro Martines meydandan qovulub.
Offsideplus.az xəbər verir ki, 62-ci dəqiqədə "Mançester Yunayted"in müdafiəçisi Lissandro Martines hava mübarizəsi zamanı Uesli Fofanaya cərimə meydançasında əlilə zərbə endirib. Baş hakim Piter Benks VAR-a baxdıqdan sonra "Mançester Yunayted"in qapısına penalti təyin edib və Martinesə ikinci sarı vərəqəni göstərərək onu meydandan kənarlaşdırıb. Argentinalı futbolçu ilk xəbərdarlığını bu epizoddan iki dəqiqə əvvəl alıb. Hadisə baş verən anda "Çelsi" 50-ci dəqiqədə Morqan Rocersin vurduğu qolla 1:0 hesabı ilə öndə olub. Daha sonra Koul Palmer penaltini dəqiq yerinə yetirərək hesabı 2:0 edib.


