Bu gün İngiltərə Premyer Liqasının IX turu çərçivəsində "Çelsi" və "Mançester Yunayted" komandaları üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda təşkil olunacaq qarşılaşmanı Piter Benksin rəhbərlik etdiyi hakim briqadası idarə edəcək. Oyuna Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.
Komandalar arasında keçirilmiş son 5 rəsmi oyunun nəticələri:
İPL, 33-cü tur (18 aprel 2026): "Çelsi" – "Mançester Yunayted" – 0:1
İPL, 5-ci tur (20 sentyabr 2025): "Mançester Yunayted" – "Çelsi" – 2:1
İPL, 37-ci tur (16 may 2025): "Çelsi" – "Mançester Yunayted" – 1:0
İPL, 10-cu tur (3 noyabr 2024): "Mançester Yunayted" – "Çelsi" – 1:1
İPL, 31-ci tur (4 aprel 2024): "Çelsi" – "Mançester Yunayted" – 4:3


