Misli Premyer Liqasının X turu çərçivəsində "İmişli"ni qəbul edəcək "Kəpəz" matça itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Azuma Abubakar zədə səbəbindən sabahkı görüşdə komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, noyabrın 1-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" – "İmişli" matçı saat 17:30-da başlanacaq.

"Sarı-göylər" bu gün saat 17:00-da baş tutacaq məşqlə hazırlıqlarını başa vuracaqlar.