Misli Premyer Liqasında X tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
"Bayquşlar" 20 xalla çempionatın lideridir. "Turan Tovuz" isə 15 xalla 4-cü yerin sahibidir.
Misli Premyer Liqası, X tur
30 oktyabr (cümə)
18:30. "Turan Tovuz" – "Sabah"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu


