Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” “Əl-Xolod”u 5:3 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın ən parlaq futbolçusu Kriştiano Ronaldo olub. Portuqaliyalı ulduz het-trik edərək komandasının qələbəsində mühüm rol oynayıb.

Bu qollarla Ronaldo karyerası ərzində vurduğu qolların sayını 985-ə çatdırıb. Veteran hücumçu 1000 qol həddinə çatmağa daha da yaxınlaşıb.