İtaliya millisinin sabiq yarımmüdafiəçisi Ancelo Di Livio "Yuventus"un hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, Di Livio Turin klubunun heyətinin zəif olduğunu bildirib və bəzi futbolçuların "ağ-qara" formanı daşımağa layiq olmadığını vurğulayıb. O qeyd edib ki, Turin şəhəri artıq rahat bir yerə çevrilib: "Uduzurlar, amma heç nə baş vermir, hər şey sakitdir. Spallettinin məsuliyyəti var, amma hər şeydə yalnız onu günahlandırmazdan əvvəl komandanın keyfiyyətinə və qurulanlara baxardım".