UFC-nin yüngülçəki döyüşçüsü Jan Silva Aleks Volkanovskinin məşqçisi Co Lopesin onun titul döyüşünə layiq olmadığı barədə fikirlərinə münasibət bildirib. Silva Lopeslə qarşılaşmasında yerüstü döyüşdə zəif olduğunu düşünənlərə cavab verib və öz çıxışlarını yüksək qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, Silva açıqlamasında belə deyib: "Bu idmanda bu qədər təcrübəsi olan, Volkanovskini böyük idmançıya çevirən bir insanın məni Lopeslə döyüşə görə yerüstü döyüşdə asan hədəf sayması qəribədir. Mən təşkilatda qazandığım qələbələr və göstərdiyim çıxışlarla daha artığına layiq olduğumu düşünürəm. Amma bu, bəlkə də daha yaxşıdır. Əgər mənimlə döyüşmək bu qədər asandırsa, Volkanovski üçün çağırışımı qəbul etmək çətin olmayacaq". Silva son döyüşünü sentyabrda keçirib və Xose Delqadonu arxadan boğma fəndi ilə məğlub edib. Volkanovskinin məşqçisi isə Silvanın titul şansına layiq olmadığını bildirib.


