Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov bu həftə UFC-də növbəti qarşılaşmasını keçirəcək.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı idmançı oktyabrın 31-də ABŞ-nin Las-Veqas şəhərində təşkil olunacaq UFC Fight Night turnirində Jan-Pol Lebosnoyani ilə üz-üzə gələcək.
Yarımorta çəki dərəcəsində baş tutacaq döyüş "Meta APEX" arenasında keçiriləcək.
Qeyd edək ki, Həsənov iyunda Bakıda Erik Nolanı hakimlərin yekdil qərarı ilə məğlub edərək UFC-dəki debütünü qələbə ilə başa vurub.


