Lionel Messi ABŞ-da keçirilən MLS-in növbəti turunda "Sinsinnati"yə qarşı oyunda məhsuldar hərəkətlə yadda qalmayıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu "İnter Mayami"nin heyətində bütün oyunu meydanda keçirib və 44-cü dəqiqədə sarı vərəqə alıb. Messi qapıya 5 zərbə endirsə də, bunlardan heç biri qapı çərçivəsinə tuş gəlməyib (2 zərbə qapıdan kənara, 3-ü isə bloklanıb).
Bu, Messinin ardıcıl ikinci oyunda məhsuldar hərəkət etmədiyi qarşılaşmadır. Bundan əvvəl o, "Nyu-York Red Bulls"a qarşı matçda (0:2) ikinci hissədə meydana çıxsa da, qol və ya assistlə fərqlənməyib.
Cari mövsümdə Lionel Messi 29 oyunda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.


