“Gəncə” basketbol klubu bu gün FIBA Avropa Kubokunun C qrupu çərçivəsində öz meydanında Portuqaliyanın “Sportinq” kollektivini qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.
Tarixində ilk dəfə beynəlxalq turnirdə mübarizə aparan bölgə təmsilçisi qrupdakı ilk iki matçında məğlub olduğu halda, rəqib “Sportinq” keçirdiyi hər üç oyunda qələbə qazanıb.


