Baş məşqçi Daniele de Rossi A Seriyasında "Yuventus" üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, bu qarşılaşmanın bütöv bir oyun olduğunu bildirib: "Son oyunlarla müqayisədə pressinqə qarşı daha yaxşı oynadıq. Bizim üçün asan olmadı, amma komanda xarakter və döyüş ruhu göstərdi, bir neçə yaxşı hücum kombinasiyası qurdu. Buna görə çox razıyıq. Mən məşqçi kimi işləməyi 25-26 yaşlarımda düşünməyə başlamışdım. Yaşım artdıqca ikinci karyeram barədə daha çox düşünürdüm. İndi isə məşqçi kimi əsl nəhənglərlə rəqabət aparıram və Luciano Spalletti, Canpiero Gasperini kimi mütəxəssislərə qarşı qələbələr mənim üçün çox önəmlidir. Amma bu oyunun taleyini məhz futbolçular həll etdi" – deyə Daniele de Rossi vurğulayıb.


