LANDAU Lions" basketbol komandası bu gün FIBA Avropa Kubokunun G qrupunda IV tur oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, "şirlər" Türkiyənin "Denizli Basket" kollektivini qəbul edib..
Görüşdə əsas vaxtda qalib müəyyənləşməyib - 80:80.
Əlavə 5 dəqiqədə isə LL qələbə qazanmağı bacarıb - 94:86.
Bu, "şirlər"in cari mövsüm FIBA Avropa Kubokunda ilk qələbəsi olub.
FIBA Avropa Kuboku, G qrupu
20:30 "LANDAU Lions" - "Denizli Basket" 94:86 (14:18, 19:24, 27:12, 20:26, 14:6)
*Görüşdə overtaym oynanılıb.
Bakı İdman Sarayı


