"Real Madrid"in sabiq müdafiəçisi Dani Karvaxal İspaniya millisinin 2026 Dünya Çempionatının heyətinə çağırılmaması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu bu qərarı anlayışla qarşıladığını bildirib: "Həyat həmişə istədiyimiz kimi olmur, hər şeyi olduğu kimi qəbul etməliyik. Əlbəttə, dünya çempionatına getmək və çempion olmaq istərdim, amma ispan olduğum üçün yenə də özümü çempion hiss edirəm. Ferran Torresin qoluna digərləri qədər sevinirdim. Klub axtarışı prosesi bir qədər uzandı, çünki istənilən yerə getmək istəmirdim. Mənim üçün ailəmin sabitliyini təmin etmək vacib idi".
Karvaxal baş məşqçi Luis de la Fuente ilə söhbət etdiyini də qeyd edib: "Əgər məni 26 nəfərlik heyətə daxil etsəydilər, başqa bir layiqli oyunçu kənarda qalacaqdı. Geri baxanda deyə bilərəm ki, bu düzgün qərar idi, çünki nəticədə biz dünya çempionu olduq. Baş məşqçinin səmimiyyətini yüksək qiymətləndirirəm: oyun praktikasının azlığı səbəbindən vəziyyət ideal deyildi və mən bunu tam sakitliklə qəbul etdim". Hazırda Karvaxal "Xetafe"də çıxış edir.


