Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun H qrupunda dördüncü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Rumıniyanın "Oradea" klubunu qəbul edib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada təmsilçimizin 83:99 hesabı ilə məğlub olub.
Xatırladaq ki, "Neftçi" qrupdakı ilk üç matçında "Friburq" (73:78), "Mikonos" (58:78) və VEF (94:110) komandalarına məğlub olub.
FIBA Avropa Kuboku, H qrupu
17:00 "Neftçi" - "Oradea" 83:99 (16:23, 24:29, 25:26, 18:21)


