"Liverpul"un baş məşqçisi Andoni İraola İngiltərə Liqa Kubokunun püşkatması ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 1/4 final mərhələsində mersisaydlılar İraolanın sabiq komandası olan "Bornmut"la qarşılaşacaq. "Düzünü desəm, püşkatmadan əvvəl demişdim ki, qarşılaşmaq istəmədiyim yeganə komanda 'Bornmut'dur. Bu mənim üçün xüsusi oyundur. Onlar məni yaxşı tanıyırlar. Üstəlik, son vaxtlar əla oyun nümayiş etdirirlər və yaxşı formada olurlar. Amma nə varsa, odur. Bizə püşkatmada çox da bəxtimiz gətirmir. Artıq 'Tottenhem' və 'Çelsi' ilə qarşılaşmışıq, indi isə 'Bornmut'la oynayacağıq. Təbii ki, bu mənim üçün xüsusi görüş olacaq. Lakin yarımfinala çıxmaq hüququnu qazanmaq lazımdır və ümid edirəm ki, bunu öz meydanımızda bacaracağıq", – deyə Andoni İraola bildirib.