​"Real Madrid"in kapitanı Federiko Valverde "El Klassiko" zamanı yaşadığı sağlamlıq problemindən sonra aparılan tibbi müayinələrdən təmiz çıxıb.

Offsideplus.az xəbər verir ki, ​İspaniya mətbuatının yayadığı məlumata görө, qarşılaşmanın ilk hissəsində meydanı axsaya-axsaya tərk edən uruquyalı yarımmüdafiəçi azarkeşlərdə və klub rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Lakin klubun Valdebebasdakı bazasında həyata keçirilən son tibbi testlər hər hansı ciddi zədənin olmadığını təsdiqləyib.

  • ​Ciddi zədə aşkar edilmədi: Həkimlərin apardığı skanlar nəticəsində Valverdedə heç bir əzələ yırtığı və ya struktur zədələnməsinin olmadığı üzə çıxıb. Futbolçunun sadəcə yorğunluq və yüngül zərbə aldığı müəyyənləşib.
  • ​Heyətə dönüş: Komandanın kapitanı artıq sağalıb və heç bir problem yaşanmadan məşqlərə qatılıb.
  • ​Səfər oyununa hazırdır: Baş məşqçi və məşqçilər korpusu "Kral klubu"nun yaxınlaşan həftəsonu "Rasinq Santander" ilə keçirəcəyi səfər matçında əsas ulduzlarından yararlana biləcək.