“Fənərbağça”nın yarımmüdafiəçisi Mateo Qenduzi qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, fransalı futbolçunun son dövrlərdəki çıxışı İstanbul təmsilçisinin rəhbərliyini razı salmır.
Formadan düşən təcrübəli yarımmüdafiəçi ilə yanvarda yolların ayrılması gözlənilir. Qenduzi ilə maraqlanan klub olacağı təqdirdə, “Fənərbağça”nın onun gedişinə mane olmayacağı bildirilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm 27,3 milyon avro qarşılığında İtaliyanın “Latsio” klubundan transfer edilib. Onun “Fənərbağça” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.


