"Yuventus"un baş məşqçisi Luçano Spalletti A Seriyasında "Cenoa"ya 0:2 hesabı ilə uduzmasından sonra komandasının vəziyyəti barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, ən çox narahat olduğu məqamın futbolçulara müasir futbolun dəyişdiyini çatdıra bilməməsi olduğunu bildirib.
"Müasir futbolda bütün meydanda pressinqə tab gətirmək və ikili mübarizələri qazanmaq vacibdir. Bunu məşqlərdə tətbiq etməyə çalışanda oyunçular istənilən səviyyəyə çata bilmirlər. Bu, qismən tam məşq üçün vaxtın olmaması və heyətin məhdudluğu ilə bağlıdır, nəticədə yorğunluq artır. Hər dəfə irəli addım atmaq və yenilikləri sınamaq üçün zamana ehtiyac olur, amma məhz bu vaxt bizdə çatışmır", – deyə Spalletti vurğulayıb.


