Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlubiyyətlə üzləşib.
Offsideplus.az xəbər verir ki, Ruzanna Məmmədova (59 kq) 1/8 finalda çinli Mengyu Xieyə uduzaraq medal şansını itirib.
Rəşid Babazadə (65 kq) 1/16 finalda Tayırbek Jumaşbek Uuluya (Qırğızıstan), Maqomedxan Maqomedov (97 kq) isə 1/4 finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova yenilib.
Rəqibləri finala yüksələcəyi təqdirdə idmançılarımız təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) ilə Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.


