İspaniyalı müdafiəçi Dani Karvaxal keçirdiyi ağır zədənin karyerasına təsiri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in sabiq oyunçusu 2024-cü ilin oktyabrında La Liqada "Vilyarreal"la oyunda dizinin ön çarpaz bağlarını zədələyib. Hazırda "Xetafe"də çıxış edən Karvaxal bildirib ki, bu zədə onun üçün ağır sınaq olub, lakin o, futbola münasibətini dəyişmək fikrində deyil.
"Həmişə meydanda bütün gücümlə oynayıram və bunu dəyişmək niyyətim yoxdur. Mən bu idmanı belə başa düşürəm və məni bu karyeraya gətirən də məhz budur. Həyat həmişə asan olmur. Avropa çempionatından sonra aldığım zədə mənim üçün ağır zərbə oldu, amma pozitiv qalmağa çalışdım. Bu müddətdə övladlarımın uşaqlığından zövq almaq, evdə daha çox vaxt keçirmək və psixoloji cəhətdən güclənmək imkanı qazandım. Bu ciddi zədə mənim böyüməyimə səbəb oldu", – deyə Karvaxal vurğulayıb.


