UFC-nin ağır çəki döyüşçüsü Aleksandr Volkov artıq çempionluq titulunu hədəfləmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, rusiyalı idmançı özünü kəmərsiz də çempion hesab etdiyini deyib. Onun sözlərinə görə, kəmərin dəyərini onu daşıyan döyüşçü müəyyən edir. Volkov həmişə qaydalara uyğun və vicdanla döyüşdüyünü, heç vaxt dopinqdən istifadə etmədiyini vurğulayıb. O, həmçinin UFC 333-dən əvvəl keçirilən mətbuat konfransına dəvət olunmadığını və tədbirə adi azarkeş kimi qatıldığını açıqlayıb.

Döyüşçü UFC prezidenti Dana Uaytın onu tanımadığını da iddia edib.

Qeyd edək ki, Volkov son döyüşündə Rizvan Kunievi hakimlərin qərarı ilə məğlub edib.