Mark Kukurelyanın həyat yoldaşı Klaudiya Rodriges İspaniyada baş verən dəhşətli qatar qəzası ilə bağlı yaşadıqlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, Rodriges qəza baş verən qatardan dərhal sonra hərəkət edən qatarla səyahət edib. O bildirib ki, olduğu qatar hadisə yerindən xeyli uzaqda olub və heç bir zərər görməyib.

“Dostlar, mənimlə hər şey qaydasındadır. Qatarımızda heç bir problem yaşanmadı, hadisə yerindən xeyli uzaqda idik. Madriddən geri qayıtmalı olduq, çünki eyni marşrutla hərəkət edirdik. Hadisənin bir addımlığında idim. Düşünmək belə qorxuludur: hər şey bir qədər gec baş versəydi, bu, mənim qatarımda da yaşana bilərdi. Lakin bu, həmin qatarlardakı insanların yaşadıqları ilə müqayisədə heç nədir. Bütün dəstəyimi zərərçəkən ailələrə göndərirəm”, – deyə Rodriges bildirib.

Qeyd edək ki, xəbərdə göstərilən məlumata əsasən, oktyabrın 28-də İspaniyada iki sürətli qatar toqquşub. Hadisə nəticəsində 68 nəfərin həlak olduğu, təxminən 200 nəfərin xəsarət aldığı bildirilir.