Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Xorvatiya təmsilçisi “Mladost”un qonağı olan Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv səfərdə 3:2 (25:22, 21:25, 25:23, 23:25, 15:13) hesabı ilə qalib gəlib.

İlk oyunda da rəqibini 3:0 hesabı ilə məğlub edən “Turan” iki oyunun nəticəsinə əsasən III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Təmsilçimizin bu mərhələdəki rəqibi Bolqarıstanın “Maritsa” klubu olacaq.