Almaniya futbolunun əfsanəsi Lotar Matteus gənc oyunçu Lennart Karla sosial şəbəkələrdən az istifadə etməyi məsləhət görüb.

Offsideplus.az xəbər verir ki, Matteus 18 yaşlı vingerin "Bayern Münhen"də yüksək rəqabət şəraitində özünü göstərməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Karl futbola daha çox diqqət yetirməli, meydanda məhsuldarlığını artırmalıdır.

"Uli Henesslə razıyam: Karl diqqətini futbola yönəltməlidir. Az nümayişkarlıq, az sosial şəbəkə, meydanda isə daha çox nəticə. Heness ona pislik arzulamır. O, Karlın potensialını yaxşı bilir, lakin futbolçu "Bayern Münhen"dən gözlənilənlərə köklənməlidir", – deyə Matteus qeyd edib.

Qeyd edək ki, Karl cari mövsüm Bundesliqada 6 oyunda meydana çıxıb, orta hesabla hər matçda 41 dəqiqə oynayıb və 1 qol vurub.