Argentina millisinin və "Mançester Yunayted"in sabiq hücumçusu Karlos Teves Lionel Messi və Kriştiano Ronaldu barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Teves hər iki futbolçunun böyük eqoya sahib olduğunu bildirib: "Onlar fərqlidirlər. Kriştiano çox emosionaldır və onun böyük eqosu var. Düşünürəm ki, ən güclü futbolçuların hamısında böyük eqo olur. Messi də eqoludur, sadəcə bunu göstərmir. Bəzən Messi çox sakit şəkildə deyirdi: 'Bu gün 2:0 qalib gələcəyik'. Və biz 2:0 hesabı ilə qalib gəlirdik, o isə hər iki qolu vururdu. Bəzən ona baxanda elə gəlirdi ki, oyuna o qədər də həvəsi yoxdur. Amma əgər o deyirdisə ki, bu gün 3:0 qalib gələcəyik, o zaman üç qolu da özü vururdu. Asanlıqla. Kriştiano isə özünü motivasiya etməli olurdu, o da Messiyə bərabər səviyyədə oynayırdı və üç qol vura bilirdi, amma bunu əvvəlcədən bu qədər inamla demirdi".