Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib.


Offsideplus.az xəbər verir ki, matç Bursa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Toral Bayramov oyuna start heyətində başlayıb və sonadək meydanda olub.

Qeyd edək ki, hazırda 31 xalı olan "Bursaspor" Türkiyə 1-ci liqasının turnir cədvəlində liderdir.