"Mançester Yunayted"in məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasında "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kerrik ilk hissədə komandasının üstün oynadığını bildirib: "Fasiləyə qədər hesabda irəlidə olmalı idik. Hər şey müsbət gedirdi, daha çox qol epizodu yarada bilərdik. Komanda inamlı təsir bağışlayırdı. Lakin ikinci hissədə hər şey gözlənilmədən pozuldu. Əvvəlcə uğursuz buraxılan qol, sonra penalti – bundan sonra vəziyyət bizim üçün çox çətinləşdi. Durum tamamilə dəyişdi. Qələbələrimiz kifayət qədər deyil, bunu inkar etmək olmaz. Birinci hissədə futbolçular yaxşı təsir bağışladılar. Düşünürəm ki, ikinci hissənin əvvəlində oyuna köklənə bilmədik. Qarşılaşma qarışıq hal aldı, ritmi tuta bilmədik. Açığı, Lissandro ilə bağlı qırmızı vərəqə epizodunun təkrarına baxmamışam. Biz böyük futbol klubuyuq və qalib gəlmək istəyirik. Azarkeşlər stadiona gəlir, oyunumuzu izləmək üçün xeyli pul xərcləyirlər. Bu gün göründü ki, komanda hər şeyi düzgün edirdi, sadəcə, şərait bizim əleyhimizə oldu. İrəli baxmalı və bu gün alınan məqamları gələcəkdə əsas götürməliyik. Xüsusilə birinci hissədə çox yaxşı anlarımız oldu – gələcəkdə bunlara arxalanacağıq".
Kerrik həmçinin növbəti oyunda komandanı çalışdırıb-çalışdırmayacağı ilə bağlı suala da cavab verib: "Bəli".


